Şimal Buzlu okeanı
şimal-qərb
OBASTAN VİKİ
Şimal Dənizi
Şimal dənizi — (əvvəllər həmçinin Alman dənizi; fr. Mer du Nord, alm. Nordsee‎, nid. Noordzee, ing. North Sea, norv. Nordsjøen, dan. Nordsøen və ya Vesterhavet) — Şimali Avropanın sahillərində Yutland və Skandinaviya yarımadaları ilə Britaniya adaları arasında yerləşən dayaz şelf dənizi. Atlantik okeanın bir hissəsi sayılır. Şərqdən Norveç və Danimarka, qərbdən Böyük Britaniya, cənubdan Almaniya, Niderland, Belçika və Fransa ilə əhatə olunmuşdur. Şimal Dənizi-Atlantik okeanının kənar dənizi.
Şimal boğazı (Laptevlər dənizi)
Şimal boğazı (rus. Северный пролив ) -Şimal Buzlu okeanında yerləşən Laptevlər dənizində yerləşir. Böyük Beqicev adasını (şərqdə) Taymır yarımadasından (şimalda) ayırır. Boğaz Xatanq çayı hövzəsində yerləşir. Şimalda Sibir və Ospornıy burnuları vardır. Boğazın yaxınlığından Laptevlər dənizinin sərhədi keçir. Eni 13 km, orta dərinliyi 31–32 metr təşkil edir.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Şimal boğazı (Şərqi Sibir dənizi)
Şimal boğazı (rus. Северный пролив(Восточно Сибирское Море ) - Leonteva adasını Puşkaryova adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Şərqi Sibir dənizinin cənubunda yerləşir. Boğazın orta dərinliyi 8-9 metr təşkil edir. Boğaz inzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya muxtar respublikasının ərazisinə daxildir. Boğaz Medvedjıy arxipelaqına daxil olan adaları ayırır.
ARB Şimal
ARB Şimal — 2007-ci ildə "Regional TV" adıyla Xaçmaz rayonunda yayıma başlayan televiziya kanalı. == Tarixçə == "ARB Şimal" Televiziya Şirkəti 2007-ci il noyabr ayının 15-də fəaliyyətə başlayıb. Kanal Xaçmazdan yayımlanır. "ARB Şimal" Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır. Televiziyanın yayım dairəsinə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonları daxildir. 2011-ci ildən etibarən "ARB Şimal" internet vasitəsilə dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. "ARB Şimal"ın struktur quruluşu 5 departamentdən ibarətdir. Xəbərlər və Sosial-İctimai Proqramlar, Efir Təminatı, Maliyyə və Kadrlar, Layihələr, Efirdən Kənar Təminat departamentləri. Televiziyanın kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. "ARB Şimal"da həftəlik yayım həcmi 126 saatdır.
Nəsimi-Şimal
"Nəsimi-Şimal" — Qacar İranında nəşr olunmuş qəzetlərdən biri. Məşrutə dövrünün satirik-ədəbi orqanlarından biri idi. == Tarixi == Əşrəfəddin Gilani tərəfindən əvvəlcə Rəştdə, sonra da Tehranda nəşr olunmuşdur. Rəşt şəhəri İranın şimalında yerləşdiyinə görə Əşrəfəddin Gilani çıxardığı qəzeti "Şimal küləyi – nəsimi" adlandırmışdır. O, qəzetinin hər bir işini özü təkbaşına görürdü. Səid Nəfisi "Sepido siyah" jurnalında Əşrəfəddin Gilani haqqında məqaləsində yazırdı ki, "...o, xalqın içindən çıxdı, xalqla yaşadı və xalqın içində itib batdı... Hər gün, hər gecə yazırdı, həftə ərzində yazdığı şeirləri çap edib xalqa çatdırırdı. İyirmi ilə yaxın hər həftə "Nəsimi-Şimal"ı Tehranın ən kiçik mətbəələrindən birində dörd xırda səhifədə nəşr edib yaydı… belə gün olmazdı ki, bu qəzet Tehranda bir vəlvələ salmasın. Hökumətlər artıq onun əlindən zara gəlmişdilər..." == Fəaliyyəti == "Nəsimi-Şimal" qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Qəzetdə əsas yeri onun təsisçisi Əşrəfəddin Gilaninin satirik məzmunlu şeirləri tuturdu.
Şimal-qərb
Şimal-qərb - Şimal tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Şimal-şərq
Şimal-şərq - Şimal tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.
Şimal (Xaçmaz)
Şimal — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Şimal (dəqiqləşdirmə)
Şimal — qütblərdən biri. Şimal (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Şimal Aşırımı
Şimal Aşırımı ( çin. 北坳 (Běi Ào), tib. Chang La) - Tibetdəki Everest və Çanqze dağlarını birləşdirən silsilədə buzlaqlar tərəfindən oyulmuş iti kənarlı keçitdir. Şərq Ronqbuk buzlağının başını təşkil edir. Alpinistlər Şimal silsiləsi (Tibet) üzərindən Everestə çıxmağa çalışdıqda, dağın özündə ilk düşərgə (ənənəvi olaraq IV Düşərgə, müasir I Düşərgə) Şimali Kol üzərində qurulur. Bu nöqtədən, təxminən dəniz səviyyəsindən 7,020 metr (23,030 ft) yuxarı alpinistlər Everestin Şimal üzü boyunca tədricən daha yüksək düşərgələrə çatmaq üçün Şimal silsiləsinə qalxırlar. Alpinistlər zirvəyə son təkanlarını VI düşərgədən 8,230 metr (27,001 ft) hündürlükdə edirlər. Şimal Aşırımına ilk dəfə Corc Mallori, Edvard Oliver Vheeler və Gay Bullok 23 sentyabr 1921-ci ildə, İngilis kəşfiyyat ekspedisiyası zamanı qalxdı. Bu, bir qərblinin ilk dəfə Everest dağına ayaq basması idi. Bura Everest dağının zirvəsinə mümkün marşrutları axtararkən Mallorinin mövcudluğunu təsdiqləməsindən bir həftə əvvəl Vheeler tərəfindən kəşf edildi.
Şimal Kalimantan
Şimali Kalimantan (ind. Kalimantan Utara) İndoneziya əyalətidir. Kalimantanın şimalında, Borneo adasının İndoneziya hissəsində yerləşir. Şimal Kalimantan şimaldan Malayziya ştatları olan Sabah və qərbdə Saravak, cənubdan İndoneziyanın Şərqi Kalimantan əyaləti ilə həmsərhəddir. Tancunq Selor əyalətin paytaxtı, Tarakan isə ən böyük şəhər və maliyyə mərkəzidir. Şimali Kalimantan 72.275.12 kvadrat kilometr ərazini əhatə edir və dörd bölgə (reqensi) və bir şəhərdən ibarətdir. İndoneziya Statistikası 2017-ci ildə İndoneziyada ən az əhalisi olan əyalət olaraq 691,058 nəfər olaraq qiymətləndirdi. 25 oktyabr 2012 tarixində qurulan İndoneziyanın ən gənc vilayətidir. İnkişaf bərabərsizliyi və Malayziyanın əraziyə təsirini azaltmaq üçün Şimali Kalimantan Şərqi Kalimantan əyalətindən ayrıldı.
Şimal Qütbü
Şimal qütbü — Yer kürəsinin nəzəri fırlanma oxunun Şimal yarımlığını bölən sahəyə şimal buzlu okean. Şimal qütbü Şimal Buzlu Okeanının dərinliyi 4000 m-dən çox olmayan mərkəzi hissəsində yerləşir. Orada qalın buz qatı olur. Burada orta tempratur qışda 30° yayda 0° dərəcə olur.
Şimal könlücəsi
Şimal maralları
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Şimal maralı
Şimal maralı (lat. Rangifer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cınsı.
Şimal müharibəsi
Böyük Şimal müharibəsi—Baltik dənizi uğrunda Rusiya və İsveç arasında 1700–1721-ci illərdə baş vermiş savaş. == Dövlətlərin məqsədləri == Rusiya Baltik dənizinə çıxış almağa və onun sahillərində möhkəmlənməyə çalışırdı; Polşa Liflandiyaya iddia edirdi; Danimarka Skandinaviya yarımadasının cənubundakı ona məxsus olmuş torpaqları geri qaytarmaq və Şlezviqi özünə birləşdirmək istəyirdi. == Müharibəyə hazırlıq == Rus çarı I Pyotr Polşa kralı və Saksoniya kürfürstü II Avqust və Danimarka kralı IV Fridrix arasında Şimal ittifaqı adlanan birlik yaradıldı; Rusiya Polşa ilə Ravsk Sazişi imzalayır; Şərti: Pyotr polşalıların şübhələrini aradan qaldırmaq üçün Karlis müqaviləsini təsdiqləyir. Rusiya Danimarka ilə 1699-cu ildə müqavilə imzalayır; İttifaqa Brandenburq kürfüstünü də cəlb etmək nəzərdə tutulmuşdu, amma onun başı ispan mirası ilə bağlı hadisələrə qarışmışdı; Rusiya Osmanlı imperiyası ilə sülh müqaviləsi imzaladı. == Şimal ittifaqının yaradılmasında Rusiyanın məqsədləri == Osmanlıya qarşı mübarizəni davam etdirmək; Yeni müttəfiqlər tapmaq; Baltik sahillərini və ya heç olmasa İnqriya və Koreliyanı ələ keçirməkHələ Şimal ittifaqı yaranmamışdan əvvəl İsveçə qarşı başqa bir koalisiya da yaradılmışdı. Həmin koalisiyanın üzvləri == Həmin koalisiyanın Rusiya ilə bağlı planları == == Müharibənin gedişi == İsveç kralı Danimarkaya qoşun göndərdi, Kopenhageni mühasirəyə aldı və IV Fridrixi sülh bağlamağa məcbur etdi Danimarka və Qolştadt hersoqluğu arasında bağlanmış bütün müqavilələrə riayət etməyi və onun rəqiblərinə kömək göstərməyi öhdəsinə götürdü İsveçlə Saksoniya arasındakı Altranştedt müqaviləsinə görə, sonuncu Polşa taxt-tacından əl çəkdi, Rusiya ilə müqavilədən imtina etdi, Krakovu isveçlilərə təslim etdi, isveç qarnizonlarının Saksoniya şəhərində yerləşməsinə razılıq verdi. Beləliklə, Şimal ittifaqı dağıldı Rusiya Finlandiya körfəzindəki ərazilərini qoruya bilmək üçün İsveçlə müqavilə imzalamaq istəyir, bunun üçün bir neçə vasitəçi dövlətə müraciət edir: Hollandiya İngiltərə FransaRusların 1709-cu ildə Poltavada parlaq qələbəsi müharibənin gedişini kökündən dəyişdirdi, Şimal ittifaqının bərpasına gətirib çıxardı və Şimal müharibəsini Avropa miqyasında müharibə səviyyəsinə çıxardı. 1709-cu ildə Saksoniya, Danimarka və Prussiya öz aralarında antiisveç müqaviləsi ( Köln ittifaq müqaviləsi ) bağladılar. Rus diplomatiyası yaranmış vəziyyətdən ölkə üçün maksimum fayda əldə etməyə çalışdı. I Pyotrla II Avqustun 1709-cu ildə Torunda görüşünün nəticəsi olaraq iki müqavilə imzalandı ( Torun ittifaq müqavilələri ) 1.müqaviləİsveçə qarşı ittifaqın bərpasını sanksiyalaşdırır və gələcəkdə Danimarkanın, Prussiyanın və Reç-pospolitanın ona cəlb olunmasını nəzərdə tuturdu Rusiya II Avqustun Polşa taxt-tacında bərpa olunmasına kömək etməyi öhdəsinə götürdü.
Şimal oluşası
Şimal oluşası (lat. Morus bassanus) — morus cinsinə aid quş növü.
Şimal qamçılıca
Şimal qatıqotu
Şimal qatıqotu (lat. Galium boreale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparine borealis (L.) Hill Galium amurense Pobed. Galium auriense Pourr. ex Willk. & Lange Galium boreale var. amurense (Pobed.) Kitag. Galium boreale var. angustifolium (Freyn) Cufod. Galium boreale var.
Şimal qazaoxşarı
Şimal qazaoxşarı (lat. Clangula hyemalis) — Ördəklər fəsiləsinə aid quş növü.
Şimal yarımkürəsi
Şimal yarımkürəsi — Yer kürəsinin ekvatordan şimalda olan hissəsidir. Şimal yarımkürəsində təqvim yayı iyun-avqust aylarında, təqvim qışı isə dekabr-fevral aylarında olur. Korolis qüvvəsinə görə təzyiqin aşağı olduğu zonalar və qasırğalar Şimal yarımkürəsində demək olar ki, həmişə sol tərəfə - saat əqrəbinin əksi istiqamətində fırlanır. Şimal yarımkürəsinin quru hissəsi Cənub yarımkürəsinə nisbətən yığcam və daha çoxdur.
Şimal zürafəsi
Şimal zürafəsi (lat. Giraffa camelopardalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinin zürafə cinsinə aid heyvan növü. == Yarımnövləri == Anqola zürafəsi (G. c. angolensis) Somali zürafəsi (G. c. camelopardalis) Uqanda zürafəsi (G. c. rothschildi) Masay zürafəsi (G. c. tippelskirchi) Torşəkilli zürafə (G. c. reticulata) Cənubi Afrika zürafəsi (G. c.
Şimal İES
Şimal İES (tam adı: Şimal İstilik Elektrik Stansiyası) — Şimal İstilik Elektrik Stansiyası Bakıda yerləşir. İki elektrik stansiyasından ibarətdir: Şimal-1 və Şimal-2. Hər ikisi bir mərkəzdən idarə olunur. Ümumi gücü ildə 5.7 milyard kilovat-saat elektrik enerjisi istehsal edir. İki elektrik stansiyası Azərbaycan Respublikasında elektrik enerjisi istehsalının 20% -ni və Bakıda və Abşeron yarımadasında təxminən 40-50% -ni təmin edir. 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Şimal əməliyyatı
Şimal əməliyyatı (rus. Операция "Север") — SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən hazırlanmış plana əsasən SSRİ-nin müxtəlif bölgə və şəhərində yaşayan Yehovanın Şahidləri inancına məxsus şəxslərin imperiyanın Sibir bölgəsinə deportasiya edilməsini özündə birləşdirən gizli əməliyyat. == Arxa plan == Yehovanın Şahidləri inancına məxsus şəxslər SSRİ-nin Baltikyanı ölkələr, Bessarabiya, Ukrayna və Bukovina bölgələri özünə anneksiya edənə qədər demək olar ki, bu ölkənin ərazilərində yaşamırdılar. Yehovanın Şahidlərinin ən kompakt yaşadığı sovet respublikaları Moldova Sovet Sosialist Respublikası və Ukrayna Sovet Sosialist Respublikası olmuşdur. Bu inanca məxsus şəxslərin hərbi xidmətə qarşı olduqları üçün SSRİ rəhbərliyi tərəfindən Yehovanın Şahidləri anti-sovet təbliğatçıları kimi təqdim edilmişdr. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Viktor Abakumov tərəfindən İosif Stalinə Yehovanın Şahidlərinin Sibir bölgəsinə sürgün edilməsi təklif edilmiş və plan 1951-ci lin mart-aprel aylarında tətbiq edilmişdir. == İcra == 1951-ci ilin 19 fevral tarixində Dövlət Təhlükəsizlik Komitəsinin sədri Viktor Abakumov tərəfindən İosif Stalinə, SSRİ-də yaşayan Yehovanın Şahidlərinin Tomsk və İrkutsk vilayətlərinə sürgün edilməsini göstərən gizli sənəd təqdim olunmuşdur. İosif Stalinə təqdim edilmiş sənəddə müharibədən sonra Yehovanın Şahidlərinin SSRİ-dəki fəaliyyətləri öz əksini tapmışdır. Sənədə görə 1947-1950-cı illərdə 1048 nəfər Yehovanın Şahidləri icmasına məxsus aktiv təbliğatçı və ya icma lideri həbs olunmuş, 5 yeraltı mətbəə aşkarlanaraq oradan çoxlu sayda təbliğat materialları müsadirə edilmişdir. Sibir bölgəsinə deportasiya edilən Yehovanın Şahidlərinin hər bir ailəsinə özləri ilə birlikdə 150 kiloqram həcmində şəxsi əşya götürmələrinə icazə verilmişdir.
безголо́сье взну́здывать внакла́де мейл-о́рдер невозбрани́мый недостре́ливать перегрева́ние позакрыва́ть ту́мбочка фе́тровый аними́ст бесче́стье как водо́й смыло моло́ть обгла́живаться те́льце раховать crow's bill golden oldie handlebar mortarboard overflourish volcanist жироскоп конвойный